Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:11

Qəbələdə etiraz edən kənd sakinlərinin tələbi yerinə yetirildi


Sakinlər deyiblər ki, qanunsuzluqlar davam etsə, aclıq aksiyasına başlayacaqlar
Sakinlər deyiblər ki, qanunsuzluqlar davam etsə, aclıq aksiyasına başlayacaqlar
-
Qəbələnin Laza kənd sakinlərinin etirazlarından bir gün sonra onların tələbləri yerinə yetirilib.

Sakinlər AzadlıqRadiosuna deyiblər ki, iyunun 29-u səhər icra hakimiyyətinin göndərdiyi fəhlələr məmurların zəbt etdiyi deyilən ərazilərdəki çəpərləri söküblər.

28 İYUN

LAZA KƏNDİNİN SAKİNLƏRİ İCRA HAKİMİYYƏTİNİN QARŞISINA TOPLAŞDI...

İyunun 28-i səhər saat 10:00 radələrində 50-yə yaxın Qəbələ rayon Laza kənd sakini icra hakimiyyətinin qarşısına toplaşıblar. Onlar icra başçısı Səbuhi Məmmədovdan onları qəbul etmələrini istəyiblər. İcra başçısı onlardan beş nəfəri qəbul edib.

İcra hakimiyyətinin qarşısına toplaşanlar çəkilişə imkan verməyiblər. Laza kəndinin adının çəkilməsini istəməyən bir sakini bildirib ki, onların 13 hektar ərazisini yüksəkçinli məmurlar zəbt edib:

«Bizləri öz dədə baba torpaqlarımızda rahat hərəkət etməyə qoymurlar. Kəndə gedən-gələn yolların əksəriyyəti çəpər ilə əhatəyə alınıb. Mal-qara, qoyun quzu saxlamağa imkan vermirlər. Örüşlərimizdən mal qaranın otarılması üçün istifadə edə bilmirik. Deyirlər nəyiniz var, satıb çıxın buradan. Küsnət kəndi kimi buranı da köçürmək istəyirlər. Yüksəkçinli məmurların torpaqlarımıza gözü düşüb. Həmin ərazidə də böyük istirahət mərkəzi və otel tikdirmək istəyirlər. Dəfələrlə icra başçısı Səbuhi Məmmədova müraciət etmişik. Hər dəfə də bizləri aldadıb. İndi isə son olaraq bir həftə vaxt istədi. Bu vəziyyət üç ildir ki, davam edir, daha səbrimiz tükənib...».

Laza kəndinin sakinləri deyiblər ki, bu qanunsuzluqlar yenə davam etsə, hamılıqla aclıq aksiyasına başlayacaqlar.
XS
SM
MD
LG