Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:47

Azərbaycan və Ermənistan nazirlərinin iyulda görüşəcəyi gözlənilir


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün iyul ayının ikinci yarısında baş tutacağı gözlənilir.

APA-nın diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti görüşün Parisdə keçirilməsini planlaşdırırlar.

Görüşdə nazirlər vasitəçilərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair cari ideyaları müzakirə edəcəklər.

Bu görüşün Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq məqsədi daşıyacağı ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG