Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:52
-

«HƏR ŞEY «SUSMA» ƏSƏRİNDƏN SONRA BAŞ VERDİ»

«Yeni Müsavat» yazır ki, «Oğuz eli» İctimai Birliyinin rəhbəri, sabiq deputat Hüseyn Abdullayev qəzetə haqqında açılan cinayət işinin qondarma, saxta olduğunu deyib:

«Mən 6 aydır Azərbaycanda yaşamıram. Almaniyada müalicə olunuram. Məni nə vaxt istintaqa çağırıblar ki, getməmişəm? Bütün bunların hamısı mənasız, qurama işlərdir. Mən 10 ildir ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul deyiləm. Belə olan halda vergidən necə yayına bilərəm?! Mənim nə firmam var, nə biznes fəaliyyətim».

H. Abdullayev bildirib ki, bütün bunlar onun yaradıcılığı və mövqeyi ilə bağlıdır: «Hər şey «Susma» əsərindən sonra baş verdi».

«ELŞAD ABDULLAYEVDƏN PUL ALMIŞAM»

«Elşad Abdullayevdən pul almışam». Fəaliyyəti dayandırılan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin şikayəti əsasında həbs edilən Arzu Kazımov «Bizim yol»a danışıb: «Münasibətlərimiz çox yaxın olanda mən ondan soruşdum ki, qardaşın niyə qaçıb? Cavab verdi ki, o, stadionda böyük siyasi səhvə yol verib. Elşad mənə həmişə deyirdi ki, Mahir adlı qardaşım yoxdur, bütün dövlətimizi yığıb, aradan çıxıb».

İSA QƏMBƏRLƏ RÜSTƏM İBRAHİMBƏYOV ARASINDA SAVAŞ...

«Yeni Azərbaycan» qəzeti Milli Şuradan yazır: «Radikalların yeni dartışma meydanı – Milli Şura». Qəzet iddia edir: «İsa Qəmbərlə Rüstəm İbrahimbəyov arasında gedən nüfuz savaşı bu qondarma qurumun tezliklə parçalanacağına işarə edir».

Qəzetin bu mövzuya həsr olunan bir başqa məqaləsi belə adlanır: «Milli Şuranın xarici dəstək şousu fiaskoya uğradı. Və ya qondarma quruma xaricdəki anti-azərbaycançı dairələrdən göstərilən dəstəyin bu və ya digər ölkənin dövlət siyasəti ilə hər hansı şəkildə bağlılığı yoxdur».

«AZƏRBAYCANDA HAMI ELƏ DÜŞÜNÜR Kİ, ÖLKƏ DEMOKRATİKDİR»

«Seçkidə Milli Şuranın güclü fəaliyyəti olacaq». «Azadlıq» qəzetinə politoloq Vəfa Quluzadə belə deyib. Onun fikrincə: «Azərbaycanda hamı elə düşünür ki, ölkə demokratikdir. Amma belə deyil. Buna bariz nümunə demokratiya ilə bağlı çağırışlara reaksiyadır». Politoloqun sözlərinə görə, ABŞ Azərbaycanda demokratik islahatların keçirilməsinə nail olmaq istəyir.

QADIN SÜRÜCÜLƏR

«Exo» qadın sürücülər mövzusuna toxunub: «Azərbaycanda 10 faizə qədər qadın sükan arxasındadırlar». Qəzet ekspertə istinadla yazır ki, zərif cinsin nümayəndələri sükan arxasında daha sakit və dözümlüdürlər: «Amma qadınlar elə də təcrübəli deyillər. Böhran hallarda özlərini itirirlər, qorxurlar, bu da qəzaya səbəb olur».

Ekspertlərə görə, qadın sürücülərin bəzi hərəkətləri məntiqlə izah oluna bilməz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG