Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15

Bakı-Qazax yolunda iki avtomobil toqquşub, ölənlər və yaralananlar var


Tovuz rayonu, Bakı-Qazax yolunda sahibləri məlum olmayan «VAZ» və «OPEL» markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, qəza zamanı vətəndaşlar tərəfindən şəxsiyyəti məlum olmayan 3 nəfərin meyiti çıxarılaraq aparılıb, 2 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

«OPEL» markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 1 sərnişinin meyiti isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobillərdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG