Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:07

Azərbaycanda dəmir yolunun inkişafına 220 mln dollarlıq kredit ayrılıb


Dünya Bankının (DB) İcraçı Direktorlar Şurası Azərbaycanda Dəmir yolu ticarəti və nəqliyyatın dəstəklənməsi Layihəsinə əlavə maliyyələşdirmə üçün nəzərdə tutulan 220 mln. ABŞ dolları məbləğində krediti təsdiqləyib.

DB-nın Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, layihə ticarətin dəstəklənməsi, həmçinin, Avropa və Mərkəzi Asiya arasında tranzit yük daşımalarının təmin edilməsi üçün ölkədə dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədi daşıyan Azərbaycanda dəmir yolunun inkişafına dair dövlət proqramının icrasını dəstəkləyir.

Yeni maliyyələşdirmə DB-nın 450 mln. dollar məbləğində ilkin kreditinə əlavə maliyyə vəsaitlərini təmin edir. Əlavə maliyyələşdirmə vəsaitləri əsasən Bakıdan Gürcüstan sərhədinə qədər Şərq-Qərb dəhlizi boyunca dəyişən cərəyana keçid və dəmir yolu işarəvermə sisteminin yenidən qurulması (mövcud sistem xəttə qatarların 35-40 dəqiqədən bir hərəkətinə imkan verməklə nəqliyyatı məhdudlaşdırır) məqsədilə istifadə olunacaq. Qatarların 8 dəqiqəlik intervalla hərəkət etməsinə imkan yaratmaqla və nəticə etibarilə şəbəkənin potensialını 4 dəfə artırmaqla enerji təchizatı və işarəvermə üzrə yeni sistemlər Azərbaycanın əsas nəqliyyat dəhlizində fəaliyyəti müasirləşdirəcək.

Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Bankın Azərbaycanda hazırkı investisiya portfeli 17 layihədən ibarətdir. DB-ya üzv olduqdan sonra Azərbaycanın ümumilikdə 54 layihə üzrə öhdəlikləri 3 mlrd. dollar təşkil edir.
XS
SM
MD
LG