Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:22

Facebookun damarlarından axan donor qanı...


-
Facebook-dan birbaşa şərh yaz

Sosial şəbəkələrin ziyanı haqda 1 arqumentə, bəzən 2 əks-arqument tapmaq olur. Məsələn, qan donorları haqda müraciətlər. Qana ehtiyacı olanlar getdikcə daha çox xəstəxana və qan bankları əvəzinə sosial şəbəkələrə üz tuturlar. Elə bu işlə məşğul olan müxtəlif təşkilatların da facebookda səhifələri var.

Sosial şəbəkələrdə qan donorları axtarışının effekti nədir? Azərbaycanda qan donorluğu sahəsində vəziyyət necədir?

Azadlıq FM-də müzakirə etmişik.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova:

- Azərbaycanda qan donorlarının sayı kifayət qədər deyil. Bu da məni bir vətəndaş, həkim kimi çox narahat edir. 5-10 il əvvəllə müqayisə etsək, donor sahəsində inkişaf var...
- Sovet zamanında Azərbaycanda 140 min qan donoru var idi... Sovet Birliyi dağılandan sonra bu sahədə də problemlər yarandı...
- Qan çox həssas mövzudur. Qan tədarükü ciddi aparılmalıdır...
- Sosial şəbəkə vasitəsiylə qan elanını yaymaq yaxşıdır, effektdivdir...
- Avropa ölkələrində 19 yaşı olmuş insan başa düşür ki, gedib qan verməlidir.
- Azərbaycanda daha çox qan aksiyaları keçirilir. Amma yaxşı olardı ki, qan aksiyalarını mütəmadi qanvermələrə keçsin...
- Məktəblərdə qan donorluğunun nə olduğu sahəsində təbliğat aparılmalıdır. Məktəblilər başa düşməlidirlər ki, qan donorluğu nədir...
B.Ə.Eyvazov adına Elmi-Texniki Hemotologiya və Qanköçürmə İnstitutunun baş həkimi İsgəndər Bağırov:
- Qan tədarükləri könüllülük əsasındadır. Qan toplandıqdan sonra ehtiyacı olanlara köçürülür.
- 2011-ci ildə 45 min qan könüllüsü olub...
- Ölkədə ehtiyacı olanları təmin edəcək qədər imkanımız var...
- Hər il tibb işçiləri qanvermə aksiyalarında 2-3 dəfə iştirak edirlər. Tibb işçiləri qana ehtiyacı olan insanları daha yaxşı başa düşürlər.
- Müzakirə edilir ki, qanvermədə aktiv iştirak edənlərə sosial müavinətlər verilsin.
Qan Donorları Assosiasiyası rəhbəri Fuad Əsgərov:
- Sosial şəbəkələrdə qanla bağlı elanların paylaşmağı çox normaldır. Sosial şəbəkə səhiyyə işçilərinə də yardım edir. Mən sosial şəbəkədə qanla bağlı elanlara çox normal baxıram...
- Bəzən deyirlər qan satılır. Bu neqativ haldır və normal deyil.
- Qan donorları arasında gənclər daha çoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG