Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:46

Dövlət Sərhəd Xidmətinin əsgəri ölüb


-
Bu barədə apa-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Hadisə iyunun 27-də Lerik rayonu ərazisində yerləşən sərhəd zastavasında baş verib.

İlkin məlumatlara görə, silahla davranış qaydalarının pozulması nəticəsində əsgər Xəzər Səmədov vəfat edib.

O, həqiqi hərbi xidmətə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən çağırılıb.

Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluqla birlikdə araşdırma aparılır.

Əsgər X.Səmədovun valideynləri hadisə barədə məlumatlandırılıb və hərbi hissəyə dəvət olunublar.
XS
SM
MD
LG