Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:43

Obama Snowden üzündən alver etməyəcəyini deyir


ABŞ məxfi məlumatları açıqladığı üçün axtardığı Edward Snowdeni ekstradisiyası üçün alver etmək fikrində deyil. İyunun 27-də rezident Barack Obama Senegalda olanda bildirib ki, Snowdenin olduğu təyyarəni endirmək üçün döyüş təyyarəsi göndərmək planları da yoxdur.

Edward Snowden artıq 5-ci gündür ki, Moskvada Şeremetyevo aeroportunun tranzit zonasında keçirib. 30 yaşlı Snowden Amerika təhlükəsizlik orqanlarının bütün dünyada internet üzərindən milyonlara şəxsi yazışmaları izlədiyi, telefon danışıqlarını dinlədiyi haqda gizli məlumatları yayandan sonra öncə Hong-Konga, oradan isə Moskvaya qaçmışdı. Snowden Ekvador hökumətindən siyasi sığınacaq istəsə də, ABŞ tərəfi onun pasportunu ləğv elədiyindən aeroportu tərk edə bilmir.

ABŞ hökuməti Rusiyadan bir daha Snowdeni həbs edib onlara təhvil verməsini tələb edib. Obama isə Rusiya və ya Snowdenə siyasi sığınacaq vermək istəyən ölkələri, beynəlxalq qanunları xatırlamağa çağırıb.
XS
SM
MD
LG