Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:44

ABŞ-ın istədiyi Snowden hələ Moskva aeroportunda yaşayır


ABŞ-ın məxfi məlumatlarını yaydığı üçün axtardığı Edward Snowden artıq 5-ci gündür ki, Moskvada Şeremetyevo aeroportunun tranzit zonasında keçirib. 30 yaşlı Snowden Amerika təhlükəsizlik orqanlarının bütün dünyada internet üzərindən milyonlara şəxsi yazışmaları izlədiyi, telefon danışıqlarını dinlədiyi haqda gizli məlumatları yayandan sonra öncə Hong-Konga, oradan isə Moskvaya qaçmışdı. Snowden Ekvador hökumətindən siyasi sığınacaq istəsə də, ABŞ tərəfi onun pasportunu ləğv elədiyindən aeroportu tərk edə bilmir.

ABŞ hökuməti Rusiyadan bir daha Snowdeni həbs edib onlara təhvil verməsini tələb edib.
XS
SM
MD
LG