Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:52

Şirvan Milli Parkında yanğına görə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb


Şirvan Milli Parkında baş verən yanğınla əlaqədar magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

APA-nın məlumatına görə, ərazidə xeyli ağacı alov bürüyüb.

Yanğın nəticəsində Bakı-Ələt-Astara magistralında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Qoruqda məskunlaşan ceyranlara təhlükə yaranıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda yanğınsöndürənləri cəlb edilib.

Yanğın 100 hektarlarla ərazini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, ilkin ehtimala görə, yanğın Salyan OİL şirkətinə məxsus neft daşıyan avtomobilin yaxınlıqdan keçməsindən dərhal sonra baş verib və əsən külək nəticəsində geniş əraziyə yayılıb.
XS
SM
MD
LG