Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:25
-
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi ənənəvi «Zirvə» mükafatının təqdimatı olub.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 6-cı ildir ki, təsis edilən «Zirvə» mükafatının təqdimatında çıxış edib.

Nazir bildirib ki, bir il müddətində görülmüş işlərin, əldə edilmiş nailiyyətlərin nəticəsi olaraq teatr, musiqi, təsviri sənət və kino sahələrini əhatə edən 7 nominasiya üzrə mükafat təqdim ediləcək. Diqqətə çatdırılıb ki, indiyədək mükafat mədəniyyət sahəsində tanınmış simalara və kollektivlərə, o cümlədən gənclərə verilib.

Beləliklə, mükafat alanları sıralayırıq:

xalq rəssamları Tahir TahirovNazim Bəykişiyev, xalq artistləri Siyavuş Kərimi, Afaq BəşirqızıAzərpaşa Nemətov, rejissor Mikayıl Mikayılov.

Qaliblərə rəmzi simvol, diplom və pul mükafatı təqdim olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG