Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:09

Bakı metrosu yay qrafikinə keçir


İyulun 1-dən Bakı metropolitenində qatarlar yay qrafikinə uyğun olaraq hərəkət edəcək. Bakı Metropoliteninin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərnişin axınının nəzərəçarpacaq dərəcədə azalması nəzərə alınaraq, qatarlar arasında intervallarda bəzi dəyişikliklər edilir.

Bu dövrdə «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə qatarlar arasında interval gur saatlarda (8:00-dan 10:00-a qədər və 17:00-dan 19:30-a qədər) 2,5 dəqiqə təşkil edir. «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 5 dəqiqə olur.

Günün digər vaxtlarında qatarlar «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə 3 dəqiqə intervalla hərəkət edirlər. Müvafiq olaraq, «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində və əksinə hərəkət zamanı interval 6 dəqiqə təşkil edir.

İstirahət günlərində qatarların hərəkəti əsasən 3 dəqiqə təşkil edəcək.

Sentyabr ayında qatarların payız qrafikinin tətbiqinə başlanılacaq və həmin qrafik gələn ilin iyul ayına qədər etibarlı olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG