Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:23

Yadigar Sadıqov 2 aylıq həbs edildi [Video]


Yadigar Sadıqovun həbsdən əvvəlki müsahibəsi
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Yadigar Sadıqovun həbsdən əvvəlki müsahibəsi

-
Xuliqanlıqda ittiham edilən Müsavat başqanının müşaviri Yadigar Sadıqov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Belə bir qərar iyunun 29-da Lənkəran şəhər Məhkəməsində keçirilən qapalı prosesdə çıxarılıb.

Y.Sadıqovun yaxınları və tərəfdarları məhkəmə zalına buraxılmayıblar.

Y.Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi saxlanıb. Rəşid Kərimov Y.Sadıqovun onu döydüyünü iddia edir.

Y.Sadıqov barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə iş açılıb.

İttihamlar təsdiqlənərsə, Müsavat fəalını 3 ildən 7 ilədək həbs gözləyir.

28 İYUN

MÜSAVATÇIYA QARŞI İTTİHAM ELAN OLUNMASI GÖZLƏNİLİR

Yadigar Sadıqov Lənkəran şəhər Polis şöbəsində şübhəli şəxs qismində saxlanmaqdadır. Onun haqqında Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi qaldırılıb.

Bu haqda vəkili Xalid Bağırov məlumat verib.

Lənkəranlı müsavatçının işiylə bağlı iki nəfər dindirilib. Bunlar iyunun 25-də onunla çayxanada olan müsavatçılar Fikrət Əhmədov və Şahin Əliyevdir.

Bu haqda AzadlıqRadiosuna Fikrət Əhmədov deyib.

F.Əhmədov deyir ki, Yadigar Sadıqov heç kimi döyməyib:

«Onu bir narkomanın sözü ilə tutmaq istəyirlər».

DİN-in mətbuat xidmətindən bir gün öncə AzadlıqRadiosuna deyiblər ki, Yadigar Sadıqov siyasi fəaliyyətinə görə yox, etdiyi əmələ görə saxlanıb.

Yadigar Sadıqov
Yadigar Sadıqov
27 İYUN
YADİGAR SADIQOVUN SƏHHƏTİNİN PİSLƏŞDİYİ GÜMAN EDİLİR

Hazırda Lənkəran Polis İdarəsində olan Musavat başqanının müşaviri Yadigar Sadıqovun halının pisləşdiyi güman edilir.

Bu barədə AzadlıqRadiosunun bölgə müxbiri Müstəcab Məmmədova Musavat Partiyası Masallı təşkilatının sədri Xasay Səfəroğlu danışıb:

«Biz axşam saatlarında Lənkəran polisinin qarşısında gözləyirdik. Yadigar Sadıqovun taleyindən narahatıq. Çünki o, polisə gətiriləndə, səhhətində ağrılar hiss edirdi. Polisə də təcili yardım maşını gəldi. Biz güman edirik ki, Yadigar Sadıqovun səhhəti pisləşib. Onun haqsız yerə şərləndiyini düşünürük».

Ancaq Lənkəran Polis İdarəsindən Yadigar Sadıqovun səhhətinin ağırlaşdığı haqda deyilənlərə münasibət bildirmək istəməyiblər.

Polis növbətçisi AzadlıqRadiosuna bu deyilənləri nə təsdiq, nə də təkzib edib...

XULİQANLIQDA İTTİHAM OLUNUR

Lənkəranda Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov saxlanıb.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının Masallı rayon təşkilatının sədr müavini Rüfət Baxışbəyli məlumat verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Orxan Mansurzadə bildirib ki, Yadiqar Sadıqov şübhəli şəxs qismində saxlanıb. O, xuliqanlıqda ittiham olunur.

Yadiqar Sadıqov
Yadiqar Sadıqov
YADİGAR SADIQOV POLİSƏ ÇAĞIRILIB

İyunun 27-də Müsavat başqanı İsa Qəmbərin müşaviri Yadigar Sadıqov Lənkəran polisinə çağırılıb.

Bu haqda AzadlıqRadiosuna Müsavat Partiyasının Masallı rayon təşkilatının sədr müavini Rüfət Baxışbəyli bildirib:
«Yadigar bəyin evində idik. Günorta evə polislər gəldi. Onu şöbəyə dəvət etdilər. Lənkəran Polis Şöbəsinin istintaq bölməsinin rəisi Polad Mehtiyev Yadigar Sadıqovdan izahat almağa başladı. O, hələ də şöbədədir».

2-ci qrup Qarabağ müharibəsi əlili Rəşid Kərimov Yadigar Sadıqovun onu döyməsi iddiası ilə polisə müraciət edib. Döydüyü iddia edilən Rəşid Kərimovun insidentlə bağlı müraciətini AzərTAc yayıb. Həmin müraciətdə deyilir ki, müharibə əlili çayxananın qarşısından keçərkən Yadigar Sadıqov və daha iki nəfər məsləkdaşı onu küçə söyüşləri ilə təhqir edib və sonradan hər kəsin gözü qarşısında təpikləyiblər.

Ciddi bədən xəsarətləri aldığını, təhqir olunduğunu iddia edən Rəşid Kərimov Yadigar Sadıqovun cəzalandırılmasını tələb edir.

DİN: ŞIKAYƏTÇİNİN DÖYÜLMƏSİNİ EKSPERTİZA RƏYİ DƏ TƏSDİQLƏYİR

AzadlıqRadiosunun cənub bölgəsi üzrə müxbiri Rəşid Kərimovla danışmağa cəhd edib. Lakin o, müsahibə verməkdən imtina edib.

Orxan Mansurzadə
Orxan Mansurzadə
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Yadigar Sadıqov siyasi fəaliyyətinə görə yox, törətmiş olduğu konkret cinayət əməlinə görə polisə çağırılaraq, ifadəsi alınıb:

«Bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Şikayətçinin döyülməsini ekspertiza rəyi də təsdiqləyir. Aparılmış istintaq-əməliyyat tədbirləri zamanı onu döyənlərdən birinin Yadigar Sadıqov olduğu müəyyənləşdirilib».

Faktla bağlı Lənkəran rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus iyunun 26-da Daxili İşlər naziri Ramil Usubova müraciət edib. Müraciətində o, Yadigar Sadıqovun siyasi fəaliyyətinə görə şərlənməsindən yazıb.
XS
SM
MD
LG