Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:45

Təbii qaz təchizatında məhdudiyyətlər olacaq


-
İyunun 27-də müxtəlif saatlarda Ucar rayonu və Bakının Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

«Azəriqaz» İstehsalat Birliyinin yaydığı məlumata görə, məhdudiyyətlər adıçəkilən rayonların Qazpaylayıcı stansiyalarında aparılan təmir işləri ilə əlaqədardır.

Təmir işləri aparılan müddətdə Ucar, Nizami rayonlarına, Xətai rayonunun böyük bir hissəsinə, Xəzər rayonunun Binə qəsəbəsinə və Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG