Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:43

«Bu məşhurlar seçkilərdə iştirak edəcək. Bəs Sən?»


Art for Democracy-nin loqosu

Art for Democracy-nin loqosu

-

«Demokratiya naminə İncəsənət» (Art for democracy) kampaniyası seçici fəallığını artırmağa yönəlmiş yeni videoçarx hazırlayıb.

«Bu məşhurlar seçkilərdə iştirak edəcək. Bəs SƏN?» adlı videoda Azərbaycanın tanınmış sənət adamları seçkilərə dair baxışlarının bölüşürlər. Həmin videoçarxın hazırlanmasına Müsbət Dəyişiklik Gənclər Hərəkatı da qatılıb.

AZƏR ÇIRTTANIN ETİRAZINA MÜNASİBƏT AÇIQLANDI

«Demokratiya naminə İncəsənət» kampaniyasının təşkilatçıları «Demokratiya naminə oxu» mahnı müsabiqəsinin nəticələri ilə bağlı mübahisəli məqamlara da toxunublar. Ötən ay sözügedən müsabiqənin nəticələri açıqlanandan sonra iştirakçılardan biri – Azər Cırttan münsiflərin onun mahnısına qərəzli yanaşdığını iddia etmişdi. Mahnı yarışmasının təşkilatçıları bildiriblər ki:

«Azər Cırttanın əsərinin müsabiqəyə buraxılmaması ona qarşı düşünülmüş qərəz olmayıb, lakin təşkilatçıların nöqsanına görə münsiflər heyətinə onun köhnə əsəri təqdim edilib. Müsabiqə şərtlərinə görə, ancaq yeni mahnılar qiymətləndirilməyə buraxıla bilərdi. Bununla da Azər Cırttan müsabiqədən kənarda qalıb».

YENİ MUSİQİ YARIŞMASI OLACAQ

«Demokratiya naminə musiqi» kampaniyası yaxın vaxtlarda yeni musiqi yarışması elan edəcək.

«Demokratiya naminə İncəsənət» kampaniyası «İnsan Hüquqları Klubu» (İHK) və onun tərəfdaşları olan «Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu» (RATİ)və «Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi»nin (BMAM) birgə təşəbbüsüdür.

İHK-nın koordinasiya etdiyi kampaniyada hazırda 20-dən artıq QHT, sənətçi və jurnalistlər birləşib. «Demokratiya naminə İncəsənət» «Demokratiya naminə Musiqi» (Sing for democracy) kampaniyasının davamıçısıdır. Hər 2 kampaniya ayrı-ayrı sənətlərdən yararlanaraq Azərbaycan vətəndaşlarını insan hüquqlarını qorumağa və demokratik islahatları yaymağa həvəsləndirir.

«Demokratiya naminə Musiqi» kampaniyası 2012-ci ildə Bakıda keçirilən Eurovision mahnı yarışması ərəfəsində gerçəkləşdirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG