Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

İlahiyyatçı Taleh Bağırovun həbs müddəti uzadılıb


İyunun 27-də Nərimanov rayon məhkəməsi ilahiyyatçı Taleh Bağırovun həbs müddətini bir ay daha artırıb. Prosesdə Taleh Bağırovun öz də iştirak edib. O, məhkəməyə bildirib ki, çıxışlarında dövlət əleyhinə hər hansı fikir işlətməyib.

Vəkil Cavad Cavadlının AzadlıqRadiosuna verdiyi məlumata görə, məhkəmə həbs müddətinin uzadılmasını dini-linqvistik ekspertizanın rəyinın hələ daxil olmaması ilə əsaslandırılıb:

«Milli Təhlükəsizlik Nazirliyinin istintaqa təqdim etdiyi Taleh Bağırovun çıxışlarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi araşdırır. Hələ Komitənin rəyinin açıqlanmadığını əsas gətirib, həbs müddətini uzatdılar. Görünür, Taleh Bağırova yeni ittiham irəli sürülməsinə hazırlaşırlar. Çünki daktiloskopik ekspertiza narkotik bükülüsündə Taleh Bağırovun əl izlərini müəyyən etməyib. Narkoloji ekspertiza da Taleh Bağırovun narkoman olmadığını təsdiqləyib. Bu ittihamın qondarma olması istintaqın özünün topladığı dəlillərlə sübut olunur».

Taleh Bağırov martın 31-də tutulub. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunmuşdu və haqqında iki ay həbs qətimkan tədbiri seçilmişdi. Mayın 24-də Nərimanov Rayon Məhkəməsi Taleh Bağırovun həbsini bir ay uzatmışdı.

T. Bağırovun həbsindən sonra Nardaran camaatı bir neçə dəfə etiraz aksiyası keçirib. Axırıncı aksiyanın başlamasına bir neçə dəqiqə qalmış aksiya təxirə salınıb. Nardaranlılar Qafqaz Müsəlmanları İdarəsinin sədrinin onlara Taleh Bağırovun tezliklə azad olunacağı vədi verdiyini bildirirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG