Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:33

Bakalavrların 80 faizi magistraturaya qəbul imtahanlarından keçib


2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə keçirlən imhatanlarda ümumilikdə 11 min 274 nəfər işitak edib. Onlardan 8 min 996 nəfəri müsabiqədən keçib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaydığı məlumata görə, imtahanlarda ən yüksək nəticə 144 bal olub.

Müsabiqəyə buraxılanlar iyunun 27-dən 30-dək internetlə ixtisaslaşma seçimini aparmalıdırlar. 8 min 996 nəfər üçün 6 min 794 plan yeri ayrılıb. Müsabiqədə eyni ixtisas üçün müraciət edənlərdən ən yüksək bal toplayanlar qəbul olunacaq.

Magistraturaya qəbul planı əvvəlki tədris ili ilə müqayisədə təxminən 13 faiz daha çox olub. Ayrılmış plan yerlərindən 2 min 319-u dövlət sifarişlidir. Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.

2013-cü ildə magistratura pilləsinə qəbul 60 proqram üzrə aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG