Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:07

Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota artırılıb


Həcc ziyarəti
Həcc ziyarəti
Azərbaycanda bu il Həcc ziyarətinə getmək üçün sənəd verənlərin sayında artım olması səbəbilə zəvvarlar üçün müəyyənləşmiş kvota artırılıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu il üçün əvvəldən nəzərdə tutulan 1400 nəfərlik kvota 3600-ə qaldırılıb.

Qeydiyyat başa çatdıqdan sonra aparılan hesablamalara görə, sənəd verənlərin sayı yeni müəyyən olunmuş kvotadan da çoxdur, yəni ümumilikdə sənəd verənlər 4000 nəfərdir. Onların arasında ziyarət xərclərini tam ödəməyənlər ixtisara düşəcək və müəyyən olunmuş 3600 nəfər qruplara bölünərək ziyarətə yola salınacaq.

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və ötən həftənin sonu başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət oktyabrın 2-də başlayacaq. Təklif olunan hər iki xidmət variantında kvota mayın 30-dan etibarən dolub.

Ziyarət bu il iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın «France Air» aviaşirkəti təşkil edəcək. Azərbaycanda Həcc ziyarətini yalnız QMİ təşkil edir.
XS
SM
MD
LG