Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:56

Səyavuş Aslan vəfat edib [Aktyorun AzadlıqRadiosu arxivindəki müsahibəsi]


Səyavuş Aslan
Səyavuş Aslan
-
İyunun 27-də səhərə yaxın Azərbaycanın xalq artisti Səyavuş Aslan vəfat edib.

Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsindən götürülüb, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak ediblər.

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri Səyavuş Aslan 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb.

1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 25 iyun 2013-cü ildə «Şərəf» ordeni ilə təltif edilib.

Səyavuş Aslanın AzadlıqRadiosuna müsahibəsi – 2008-ci il

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG