Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:34

Səyavuş Aslan vəfat edib


İyunun 27-də səhərə yaxın Azərbaycanın xalq artisti Səyavuş Aslan vəfat edib.

Aktyorla vida mərasimi bu gün saat 13:00-15:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri Səyavuş Aslan 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb.

1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 25 iyun 2013-cü ildə «Şərəf» ordeni ilə təltif edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG