Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:55

ARDNŞ rəsmisi bildirir ki, OMV şirkətinin məlumatının hüquqi əsası yoxdur


Şah-dəniz konsorsiumu Azərbaycan qazının Avropaya hansı boru kəməri ilə daşınmasına dair rəsmi qərarını yaxın bir neçə gündə Bakı şəhərində açıqlayacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yüksək vəzifəli məmuru OMV şirkətinin saytında yerləşdirilmiş məlumatı "Caspian Barrel" üçün eksklüziv olaraq şərh edərək bildirib.
Onun sözlərinə görə, hazırda konsorsium iştirakçıları yekun qərar açıqlamayıblar və hər hansı bir şirkətin açıqlamasının boru kəmərinin seçimi ilə bağlı heç bir hüquqi əsası yoxdur.
Ancaq bununla belə SOCAR rəsmisi deyir ki, hazırda Şah-dəniz konsorsiumu üzvləri boru kəmərləri keçəcək ölkələrdə səfərdədirlər. "Bu görüşlərdə borunun seçimi haqda qarşı tərəf məlumatlandırılırmı" sualına cavabında isə SOCAR nümayəndəsi "hətta bu baş versə belə, konfidensial xarakter daşıyır və rəsmi informasiya yayılanadək heç bir hüquqi əsası olmur" deyə izah edib.

OMV şirkəti məlumat yayıb ki, Şahdəniz Konsorsiumu Azərbaycan qazının Avropaya daşınmasında Nabucco kəmərini seçmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG