Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:16

Tsarnaevin anası və atası məhkəməyə getməyəcək


Boston marafonunda partlayışı törətməkdə ittiham olunan Tamerlan və Dzhokhar Tsarnaevlərin anası deyib ki, o və əri ABŞ-a Dzhokharın ilk məhkəməsinə getməyəcəklər. Zubeidat Tsarnaevanın Azadlıq Radiosuna dediyinə görə onlara telefonla xəbərdarlıq olunur ki, məhkəməyə getsələr, bunun oğluna ziyanı ola bilər. O, kimin zəng etdiyini demək istəməyib.

Tsarnaeva deyib ki, onun oğulları günahsızdır.

Aprelin 15-də Boston marafonunda partlayışda 260 adam yaralandı, 3 adam öldü.
Polislə atışmada Tamerlan öldürüldü, Dzhokhar isə yaralı həbs olundu.

Günün bütün mövzuları

XS
SM
MD
LG