Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:11

O.Henrinin hekayələri latın qrafikasında nəşr edildi


O. Henry. Hekayələr

O. Henry. Hekayələr

-

Məşhur Amerika yazıçısı O.Henrinin hekayələr kitabı Bakıda latın qrafikasında çap edildi.

Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır.

O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərlərinə insan kütlələri heyran olmuş və bu, ona böyük uğur gətirib.

Yazıçı həyatının son səkkiz ilində 200-dən çox hekayə yazıb.

Ustalıqla qurduğu və insanı həyəcanlandıran süjeti, incə yumoru və adamın üzünə sanki şillə vururmuş kimi sona çatan gözlənilməz sonluqlarla bitən hekayələri, qısa novella sahəsində O. Henriyə xas bir «tərz» meydana gətirmiş və bu çoxlarına ilham mənbəyi olmuşdur.

Lakin O. Henrinin kasıbçılıqla keçən həyatı heç də hekayələri kimi xoşbəxt sonluqla bitməmişdir. Dünya şöhrətli yazıçı cavanlıqda hətta həbsxanaya düşmüşdür.

O, yaxşı qazanmağına baxmayaraq, çoxlu içir, bütün qazandıqlarını göyə sovururdu. Heç də təsadüfi deyil ki, o öldüyü zaman cibindən cəmicümlətanı 23 sent çıxmışdır. Həmin zaman onun cəmi 48 yaşı olub. Əminik ki, bu kitab həyatın qədrini bilənlər üçün daha maraqlı olacaq.

Bakı Kitab Klubu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG