Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:01

95 ilin sayca 5-ci hərbi paradı [Video]


95 ilin 5-ci hərbi paradı
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
-
Azərbaycanın 95 yaşlı Silahlı Qüvvələri iyunun 26-da sandığı açıb, pambığı tökdü. Haraya? Paytaxtın Neftçilər prospektinə. İnsanlar şəhərin dörd bir yerindən bir saat boyunca irəliləyən hərbi texnikanı seyr etməyə gəldi. Bayrağı çiyninə salıb «İndi başlar! İndi gələrlər!» düşünərək gözləyənlər də oldu, səhər tezdən evdən «parad» deyib çıxanlar da:

- Bütün hərbi paradlara baxmışam. «Xətai»dən çıxıb burayacan gəlmişəm…

- Heyf, uşaqları gətirə bilmədim. Yaxşı ki, fotoaparatı götürmüşəm...

«YAXŞI GÖRƏ BİLMİRDİK...»

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 95 il ötdü. Parada prezident İlham Əliyev, Silahlı Qüvvələrin yüksək rütbəli təmsilçiləri, xarici diplomatlar, millət vəkilləri, dövlət və hökumət rəsmiləri qatıldı.
Hərbi parad - 26 iyun 2013
Hərbi parad - 26 iyun 2013
Azadlıq meydanında keçirilən və 5 mindən çox hərbçinin iştirak etdiyi paradda 100-dən çox təyyarə və helikopterin havalandı, 300-dək texnika və silah sistemi, 40-a yaxın gəmi və kater cəlb olundu.

Nümayişin yeri məlum, bəs ona baxanlara harada yer tapıldı? Seyrə və tamaşaya gələnlərin özü belə deyir:

- Heç yaxşı görə bilmirdik...
- Böyük bayraq açılan il yaxşı oldu, indi yox...
- Yaxşı təşkil etməyiblər... Elə bil təkcə özləri üçün keçirirlər...
- Yaxşı ki uşaqları gətirməmişəm... Yorulub qalacaq, bir şey görməyəcəkdilər...

«GÜRZƏ» DƏ GÖRÜNDÜ

Müdafiə Nazirliyi bildirib ki, özəl təyinatlı qüvvələrin istifadəsində yer alan, pulemyot və tank əleyhinə idarəolunan raket kompleksləri ilə silahlandırılmış «Gürzə» maşını ilk dəfə paradda nümayiş olunub. Ötən il Azərbaycanın hərbi büdcəsi 3.6 milyard idi, builki büdcə 3.7 milyard dollara çatıb.

Texnikanın tırtıl izləri
Texnikanın tırtıl izləri
Parad bitdi, insanlar dağılışdı. 55 dəqiqəlik nümayişdən Neftçilər prospektində zirehli texnikanın tırtıl izləri qaldı. Bu, paradı izləyənlərin də gözündən qaçmadı:

- İndi bir-iki ay yolları bağlayıb yenə təmirə başlarlar...
- Baxmağa dəyər, amma tırtıl izlərinə də bir çarə tapmaq lazımdır...

SİMVOLİK UÇUŞ

Üçboyalı tüstü buraxan təyyarələr üçrəngli Azərbaycan bayrağını rəmzləşdirdi. Bu duyğulu, həm də simvolik uçuşla hərbi parad da başa çatdı.

Silahlı Qüvvələr 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qərarı ilə yaradılıb. İlk hərbi parad 1919-cu il mayın 28-də keçirilib. Milli Ordunun bir sonrakı nümayişi yalnız 73 il sonra – sabiq prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə – 1992-ci il oktyabrın 9-da baş tutub. Builki parad sayca 5-cidir.
XS
SM
MD
LG