Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:18

Rusiyanın Azərbaycana silah satması və regionda hərbi qüvvələr nisbəti


Illüstrasiya fotosu

Illüstrasiya fotosu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş Katibi Nikolay Bordyuja deyir ki, Rusiyanın Azərbaycana 1 milyardlıq silah satması regiondakı qüvvələr nisbətinə təsir etməyəcək

MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş Katibi Nikolay Bordyuja Yerevanda səfərdədir. Rusiyanın Azərbaycana silah satması barədə verilən suala Bordyuja deyib ki, belə bir alqı-satqı Rusiya üçün sadəcə bir biznesdir, bazar, iqtisadiyyat məsələsidir.

“Bununla belə, silah satılması qərarını verərərkən Qafqazda hərbi güclər arasında paritetin saxlanması əsas götürülüb. Azərbaycan silah satılarkən bu prinsip əsas götürülüb və Qafqazda hərbi güclərin tarazılığını pozmayıb." - deyə Bordyuja əlavə edib.

Bundan başqa, Borduja bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi öz təhlükıəsizliyini təmin etməkdə müttəfiqlərindən kömək ala bilər.

Xatırladırıq ki, bu ərəfədə Rusiyanın Azərbaycana 1 milyard dollar həcmində silah satması haqda xəbərlər yayılmış, bu xəbər Yerevanda narahatlıq doğurmuşdu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG