Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:04

Misirdəki azərbaycanlılara ehtiyatlı olmaq məsləhət görülür



Azərbaycanın Misirdəki səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı məsləhət görür.

Xarici İşlər Nazirliyindən «Media forum» saytına bildiriblər ki, Misirdə yaşanan son siyasi hadisələr və iyunun 30-na planlaşdırılan kütləvi nümayişlərlə əlaqədar səfirlik Misirdəki Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı və xüsusi zərurət olmadığı halda şəhərin mərkəz hissəsi, Heliopolis rayonu və digər kütləvi yerlərdən kənar durmağı tövsiyə edir.

Vətəndaşlara müəyyən miqdarda ehtiyat ərzaq tədarükünün görülməsi, avtomobillərinin yanacaqla təchiz edilməsi və telefonlarının işlək vəziyyətdə olmasının təmin edilməsi məsləhət görülür.

Səfirlikdə qeydiyyatda olmayan və ya müəyyən qısa müddətli ezamiyyət məqsədilə Misirdə olan vətəndaşların tezliklə səfirlikdə qeydiyyatdan keçmələri tövsiyə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG