Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:13

Kerry : “Snowdenə görə Rusiya ilə münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur"


John Kerry

John Kerry

“Edward Snowdenə görə Rusiya ilə münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur”.
Bunu ABŞ Dövlət katibi John Kerry bu gün Səudiyyə Ərəbistanında keçirdiyi mətbuat konfransında bəyan edib. Kerry ümid edir ki, Rusiya mühakimədən yayınan bir şəxsə kömək etməkdə maraqlı deyil.

Rusiya prezidenti Vladimir Putin isə bu arada bəyan edib ki, cinayətkarlıqda şübhəli bilinən şəxslərin verilməsi ilə bağlı ABŞ-la Rusiya arasında ikitərəfli razılaşma yoxdur.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Snowden bu yaxınlarda ABŞ-da gizli telefon və internet müşahidə proqramı olması barədə məlumat yayıb. Ona qarşı 3 ittiham irəli sürülüb ki, onların hər birinə görə, maksimum 10 il iş gəsilə bilər.

O Honkonqdan Rusiyaya uçub və hazırda Moskva hava limanında tranzid zonadadır. Onun Kubaya, ordan isə Venesuelaya gedəcəyi güman edilirdi.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvanın bu məsələdə əli olmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG