Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:59

İqtisadi amnistiya haqqında qanun parlamentə çıxarılır


Arxiv foto. Həbsxanada nəzarətçi qülləsi.
Arxiv foto. Həbsxanada nəzarətçi qülləsi.

İyulun 2-də Rusiya Dövlət Dumasında iqtisadi amnistiya nəzrədə tutan qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu barədə iyunun 25-də Dumadan məlumat veriblər. Rəsmi xəbərə görə sənəd iyulun 5-də parlamentdə müzakirələrdən keçib qəbul edilə bilər.

Amnistiya aktının layihəsində müxtəlif biznes işlərində cinayətlərə görə ittiham olunan bəzi məhkumların, ilk dəfə cinayət belə cinayət törədnlərin azad edilməsi, hazırda aparılan istintaq işlərinin dayandırılması nəzərdə tutulur.

Bağışlanacaq əməllər arasında qanunsuz biznes yaratma, saxta müflisləşmə, kreditləşmə və işgüzar fəaliyyətdə fırıldaqçılıq, gəlirlərin vergidən gizlədilməsi kimi ağır cinayətlər də var.

Amma bu amnistiya dəymiş ziyanın ödənilməsi və başqa inzibati cəzalardan azad etmir. Bu sənəd həmçinin onun qəbul olunmasından sonra törədilən iqtisadi cinayətlərə şamil olunmayacaq.

“İnterfaks” agentliyi xəbər verir ki, bu sənəd qanun qüvvəsinə minsə, qarşıdakı altı ay ərzində 6 000 məhkum azad oluna bilər.

Bu amnistiya aktının iqtisadi cinayətlərə görə 14 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş Yukos neft şirkətinin prezidenti Mikhail Khodorkovsky və onun tərəfdaşı Platon Lebedevə aid olub-olmayacağı hələlik məlum deyil. Prezident Vladimir Putini tənqid etdiyi üçün tutulduğunu deyən Khodorkovsky və tərəfdaşı 2003-cü ildən həbsdədir.

Onun vəkili bildirib ki, bu sənədlə Khodorkovsky və Lebedevin azad ediləcəyinə çox az ümid edirlər.
XS
SM
MD
LG