Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:23

Fənərbağçanın prezidenti Aziz Yıldırımın səlahiyyətləri dondurulub


Aziz Yildirim
Aziz Yildirim
Türkiyə məhkəməsi “Fənərbağça” futbol klubunun prezidenti Əziz Yıldırımın səlahiyyətlərinin dondurulması barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, 5 saylı İstanbul mülki məhkəməsi klubun üzvü Rəcəb Özcanın iddiası əsasında Əziz Yıldırım, klubun İdarə Heyətinin üzvü Şekip Mosturoğlu və idarə heyətinin keçmiş üzvü, Əziz Yıldırımın qohumu İlhan Ekşioğlunun kluba üzvlüyü və klub rəhbərliyində təmsil olunmaq hüquqlarını müvəqqəti dondurub. Bu, hələlik ilkin qərardır və məhkəmə prosesi hələ ki, yekunlaşmayıb.

Qeyd edək ki, onların 3 barəsində danışılmış oyunların təşkilinə görə məhkumluq qərarı da var.

UEFA İntizam Komitəsinin müfəttişi də onların futbol idarəçiliyindən ömürlük məhrum edilməsini tələb edib. Yaxın vaxtlarda UEFA İntizam Komitəsinin bu barədə qərarı açıqlayacaq.
XS
SM
MD
LG