Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:46

Dağıstanın daxili işlər nazirini öldürən hərbçi 15 il aldı


Dağıstanın daxili işlər naziri Adilgeray Magomettahirovu qətlə yetirməkdə ittiham olunan Andrei Rezanov 15 il azadlıqdan məhrum edilib.Məhkəmə həmçinin onu leytenant rütbəsindən məhrum edib. Hökmdən əvvəl o günahını boynuna alıb.

İstintaqın gəldiyi nəticəyə görə, o milyon yarım rubl əvəzində mütəşəkkil cinayətkar qruplardan birinin sifarişini yerinə yetirib.

O 2009-cu il iyunun 5-də anbardan oğurlanmış avtomat silahla nazir və onu müşaiyət edən 1 nəfəri güllələyib.

Həmçinin ounun əlbir olduğu gizir Dimitri Dolgikh bundan əvvəl 6 il yarım azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG