Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:36
Avropa Birliyi ölkələrinin xarici işlər nazirlri ümumilikdə Türkiyə ilə üzvlük danışıqlarını bərpa etmək razılığına gəliblər. Lüksemburq görüşündə Türkiyə ilə danışıqlar prosesində regional siyasətlə bağlı yeni səhifə açmaq qərarına gəliblər.

Amma sabah nəzərdə tutulan danışıqlar 4 ay təxirə salınıb. Almaniya başda olmaqla bir sıra ölkələr bu günlərdə Türkiyədə etiraz nümayişlərini dağıdılmasına etiraz olaraq danışıqların təxirə salınmasını təkid edirdilər.

Avropa Birliyi bu ilin payızında Türkiyədə aparılan islahatlarla bağlı illik hesabat yaymalıdır.

Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu Türkiyə ilə danışıqlarda yeni səhifə açılmasına heç bir maneə görmədiyini və danışıqlardan müsbət nəticələr gözlədiyini bəyan edib.

Türkiyə Avropa Birliyi ilə danışıqlara 2005-ci ildən başlayıb. Danışıqlara onunla birlikdə başlayan Xorvatiya artıq gələn həftə rəsmi şəkildə birliyə qəbul olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG