Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:28

ABŞ səfiri gənclərin həbs müddətinin uzadılmasından narahatdır


Richard Morningstar

Richard Morningstar

-
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar N!DA üzvləri Zaur QurbanlıRəşad Axundovun həbs müddətinin uzadılmasından narahatdır. Bu barədə səfirliyin iyunun 25-də yaydığı bəyanatda deyilir:

«Biz adıçəkilən şəxslərin və bu il keçirilmiş nümayişlər nəticəsində həbs edilmiş digər şəxslərin məhkəmə işlərini narahatlıqla izləməkdə davam edirik. Biz hökuməti saxlanılan bütün şəxslərin məhkəmə işləri üzrə müvafiq prosesi və qanun aliliyini, o cümlədən, təxirəsalınmaz, ədalətli və şəffaf məhkəmə proseslərini təmin etməyə çağırırıq. Biz bu məhkəmə işlərini yaxından izləməyi və həmin məhkəmə işlərinə dair hökumətlə müzakirələr aparmağı davam etdirəcəyik».

İyunun 24-də Nəsimi rayon məhkəməsi Zaur Qurbanlı və Rəşadət Axundov barəsində seçilən həbs qətimkan tədbirini daha 3 ay müddətinə uzadıb.

Hər iki gənc və «N!DA»nın bir neçə üzvü mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmədə maddələri ilə ittiham edilir.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb. İstintaqın iddiasına görə, gənclərin martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG