Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:26
Bu gün Kabildə prezident sarayına edilmiş hücumda 4 yaraqlı və təhlükəsizlik xidmətinin 3 əməkdaşı ölüb. Kabil polis rəisinin müavini hücum edənlərin hamısının öldürüldüyü bildirib.

Hücum prezident Hamid Karzai sarayda mətbuat konfransı keçirərkən törədilib.
Bu ərazinin ətrafında Müdafiə nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahı yerləşir.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb. Talibanın sozçüsü Zabihullah Mujahid hədəfin məhz bu iki obyekt olduğunu deyir.

Həmçinin bu gün ölkənin cənubunda yerləşən Qəndəhar şəhərində yolda baş verən partlayışda, bir ailənin 9 üzvü həlak olub. Onlardan 8-i qadın, 1-i isə uşaqdır.Onlar toya gedirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG