Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:49

Parada görə Bakı hava limanı bəzi uçuşları qəbul etməyib


İyunun 24-25-də Bakı hava limanı bəzi uçuşları qəbul etməyib. Həmin reyslər Gəncəyə eniş edib.

Bu barədə Gəncə Beynəlxalq Hava Limanından məlumat verilib. Buna səbəb kimi 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi ilə əlaqədar keçiriləcək hərbi parada hazırlıq məşqlərinin keçirilməsi göstərilib.

Onlardan Milan-Bakı, Amsterdam-Bakı və Mineralnıye vodı-Bakı aviareyslərinin təyyarələri Gəncədə qəbul edilib. Bir neçə saatdan sonra isə paytaxta yola salınıb.
XS
SM
MD
LG