Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:23

Məhbuslara işgəncə verən vəzifəli şəxslərin adları açıqlanacaq


«Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansı «Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair» hesabat hazırlayıb.

Bu barədə AzadlıqRadiosuna Alyansın rəhbəri Oqtay Gülalıyev məlumat verib. Onun dediyinə görə, hesabatda məhbuslara işgəncə verən vəzifəli şəxslərin «qara siyahı»sı hazırlanıb. Alyans rəhbəri bildirir ki, siyahıda ədliyyə və polis sistemində çalışan 10 vəzifəli şəxsin adı yer alıb:

«Bizə işgəncə verən vəzifəli şəxslərin adlarını təcridxanalarda və müvəqqəti saxlanma yerlərində işgəncəyə məruz qalanlar verib. Biz hesabatı hazırlayanda dəfələrlə cəhd etsək də cəzaçəkmə yerlərinə buraxılmamışıq. Bundan başqa hesabatın daha da dolğun alınması üçün bir sıra məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi Penitensiar Xidmətə müraciətlərimiz cavabsız qalıb. Sorğuya cavab alınması üçün məhkəməyə müraciət olunub. İyulun 4-də 1 saylı Bakı inzibati-iqtisad məhkəməsində müraciətimizə baxılacaq».

Oqtay Gülalıyevin dediyinə görə, hesabatı iyunun 27-də açıqlayacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG