Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:17

Məhkəmə Berlusconiyə 7 il həbs cəzası kəsdi


Milan məhkəməsi keçmiş baş nazir Silvio Berlusconini 7 il həbsə məhkum edib.
Berlusconi gecə klubunun rəqqasəsi Karima El Mahrougun
hələ 18 yaşı olmayanda onunla seksual əlaqədə olmaqda günahkar bilinib.

Məhkəmə Berlusconiyə ömrünün axırına kimi dövlət vəzifəsi tutmağı qadağan edib.
Maraqlıdır ki, prokuror 6 il həbs tələb edirdi, hakim bunu bir il də artırıb. Bu, məhkəmələrdə çox nadir hadisədir.

İndiki məhkəmə qərarı birinci məhkəmə instansiyasında qərardır. Bunun yerinə yetirilməsindən qabaq Berlusconinin vəkili hələ bu qəradan şikayət verməlidir.
XS
SM
MD
LG