Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

Nalbandian Minsk qrupu həmsədrlərinin birgə bəyanatını tam dəstəkləyir


Strasburqda səfərdə olan Ermənistanın xarici işlər naziri Edward Nalbandian Avropa Şurası Parlament Assambleyasındakı çıxışından dərhal sonra Dağlıq Qarabağ məsələsinə toxunub: “Dağlıq Qarabağ məsələsi. Birincisi, mən buna niyə toxunuram? Həm Yerevandakı çıxışımda, həm də indi...Avropa Şurası belə danışıqlarda (Dağlıq Qarabağ danışqlarında) iştirak etmək üçün kompetent deyil.Ancaq eyni vaxtda Avropa Şurası qarşılıqlı etimadın yaradılmasına böyük kömək edə bilər. Dialoqsuz isə heç bir siyasi həll mümkün deyil. Bu baxımdan Avropa Şurası ilə əməkdaşlıq çox mühümdür”.

Nalbandian daha sonra Minsk qrupunun həmsədri olan ölkələrin başçılarının Dağlıq Qarabağ haqda son bəyanatına münasibət bildirib: “Ermənistan Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin G8 sammiti çərçivəsində verdikləri birgə bəyanatı bütünlüklə dəstəkləyir. Ermənistan bu bəyanatda səslənən mövqeyi tam bölüşür. Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyi beynəlxalq aləmin mövqeyinə uyğundur”

Günün bütün mövzuları

XS
SM
MD
LG