Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:12
-
«Flashmob»da bu həftə gənclər cəbhə bölgəsində gördüklərindən danışırlar. «Dalğa» Gənclər Hərəkatının üzvü Kənan Rəfiyev və fotojurnalist Əhməd Muxtar müxtəlif vaxtlarda təmas xəttində olublar.

Əhməd Muxtar oraların necə olmasından danışanda, vəziyyətin rayondan rayona dəyişdiyini deyir:

«Harada ki, hərbi hissələr yaxınlıqdadır, orda elə bil intensivlik var, harada ki uzaqdır, nisbətən həyat da sakitdir. Düzdür, qarşı tərəf atır və buna görə qorxu da olur, amma həyat öz axarındadır».

Əhməd Ağdam tərəfə fotoreportaj hazırlamaq üçün gedib və orda bir ailə ilə bir neçə gün yaşayıb. Deyir, insanlar oradakı atışma səslərinə elə öyrəşiblər ki, buna çox normal yanaşırlar:

«Hətta Tovuzun Əlibəyli kəndində şəkil çəkmək üçün icazə alanda, mənə dedilər ki, güllədən qorxmuruq, sənin fotoaparatından qorxacağıq?».

ƏSAS PROBLEM İŞSİZLİKDİR

Kənan isə 2 yaşında çıxmaq məcburiyyətində qaldığı Füzuliyə 20 ildən sonra-iyunun əvvəlində gedə bilib. Bu dəfə sakin kimi yox, turist kimi, sadəcə gəzməyə:

«Azərbaycan-Avropa Hərəkatı «Facebook»da elan vermişdi, mənə də maraqlı gəldi. CV yolladım və zəng etdilər ki, seçilmisən. Orda həyat fərqlidir. Həmişə televizorda görürdüm, amma bu dəfə şahid oldum ki, doğurdan da, həyat bu cürdür-qorxu var, amma ümidlidirlər, hər şey axarındadır, öyrəşiblər. Hətta biz orda olanda, günorta saatlarında da atışma səsləri eşidirdik. 20 ildən sonra getmişdim ora və çox bəyəndim, xüsusən Horadiz tərəfi».

Kənan Rəfiyev

Kənan Rəfiyev

Gənclər deyir ki, təmas xəttindəki rayonlarda sosial problemlər var, xüsusən də işsizlik. Əhmədin dediyinə görə, normal qazanc, iş-güc olsa, heç demərsən ki, bura cəbhə bölgəsidir. Kənan da deyir ki, əsas problem işsizlikdir. Rayon əhalisinin dolanışığı əkinçilik və maldarlıqdan çıxır, iş yerləri məhduddur.

CƏBHƏ BÖLGƏSİNDƏ GƏNCLİK

Əhmədin fikrincə, cəbhə bölgəsində gənc olmaq avara olmaq deməkdir:

«Oradakı təhsil səviyyəsi imkan vermir ki, ardıcıl, stabil təhsil alıb, ali təhsilə üz tutsun. Lap ixtisas qazansa da, paytaxta üz tutacaq, çünki işsizlikdir».

Kənan isə deyir ki, cəbhə bölgəsində gənc olmaq məhdud çərçivədə böyümək deməkdir:

«Ərazi, şərait insanın şəxsiyyətinə, özünüinkişafa təsir edir. Təhsilin aşağı olması, ünsiyyətin daralması şəxsi keyfiyyətlərə mənfi təsir göstərir. Gərək, üzərilərində işləsinlər».

Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG