Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:37

Saakashvilinin keçmiş baş naziri tanınmış bankirin qətlini ört-basdır etməkdə ittiham olunur


Gürcüstanın həbsdə olan keçmiş baş naziri Merabishviliyə rəsmi ittiham irəli sürülüb. O, 2006-cı ildə tanınmış bankir Girgvilianinin ölümünün istintaqını əngəlləyərək bu qətli ört-basdır etməkdə ittiham olunur.

Hazırda prezident Saakashvilinin Birləşmiş Milli Hərəkatının baş katibi olan Merabishvili keçən ay hakimiyyətdən sui-istifadə, dövlət malını mənimsəmə, seçiciləri pulla satın alma ittihamları ilə həbs olunub.

O, ittihamları siyasi motivli adlandırır.
XS
SM
MD
LG