Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:06

«Boradigah-Lənkəran yolu avtodroma çevrilib»


Foto: Arxiv
Foto: Arxiv
-
Masallının Türkoba kəndindən Rasim Ağayev «Qaynar xətt»ə şikayət edib. Deyir, kəndin içərisindən keçən Boradigah-Lənkəran yolunda tez-tez ölüm hadisələri baş verir:

«Avtoşların yarış meydanına çevirdiyi bu yolda elə həftə yoxdur ki, faciə baş verməsin. Maksimal sürətin 60 olduğu yolda maşınlar 100-120 sürətlə şütüyür. Kəndi iki hissəyə ayıran bu yoldan keçməyə qorxuruq. Bu yaxınlarda darısqal yolda bir-birini ötməyə çalışan iki xarici maşının sürücüləri idarəetməni itirərək yoldan çıxdılar. Maşınlardan biri yol kənarı ilə gedən iki yeniyetmənin həyatına son qoyacaqdı. Həmin yeniyetmələr hələ də bu hadisənin şokunu yaşayırlar».

Kənd sakininin dediyinə görə, yolda sürət işarələr yoxdur. Yol kənarındakı kafelərə, mağazalara gələnlərin maşınları piyadalar üçün olan yerləri tutduğundan adamlar çox vaxt maşınların sürətlə şütüdüyü darısqal yolun ortası ilə hərəkət etməli olurlar:

«Bu məsələlərə cavabdeh dövlət qurumlarının və vəzifəli şəxslərinin məsuliyyətsizliyinin acı aqibətini biz kəndlilər çəkirik».

Türkobanın kənd icra nümayəndəsi Asif Xəlilov bildirib ki, kənddən keçən yol 2012-ci ildə əsaslı təmir olunub. Sakinlərin yoldakı təhlükələrlə bağlı Bakıdakı qurumlara yazdıqları şikayətləri araşdırıb tədbir görmək üçün Lənkəranın icra hakimiyyətinə, ordan isə icra nümayəndəliyinə göndəriblər. Onlar da, öz növbələrində, yola nəzarət olunması üçün ərazi üzrə yol polisinə məktub yollayıblar. Bundan sonra yol nəzarətə alınıb və yol kənarına sürət işarəsi qoyulub.
XS
SM
MD
LG