Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:33
-

ABŞ səfirliyi AzadlıqRadiosunun peyk yayımına müdaxilələri Azərbaycan hökuməti ilə müzakirə edir. Bu barədə AzadlıqRadiosuna ABŞ səfirliyinin mətbuat xidmətindən bildiriblər:

MEDİA VƏ SÖZ AZADLIĞININ MÜDAFİƏÇİSİ

«AzadlıqRadiosu və digər media orqanlarının Azərbaycana peyk yayımında çətinlikləri barədə məlumatlardan xəbərdarıq. Bu məsələnin müzakirəsi üçün AzadlıqRadiosu və Azərbaycan hökuməti ilə əlaqə saxlayırıq».

«AzadlıqRadiosu Azərbaycanın media məkanına mühüm töhfə verir. Bu radionun işi Azərbaycan üçün çox lazımlı obyektiv və müstəqil jurnalistika modelidir».

Səfirlik vurğulayır ki, «Birləşmiş Ştatlar Azərbaycanda media və söz azadlığının güclü müdafiəçisidir».

AzadlıqRadiosu rəhbərliyi ötən həftə yaydığı məlumatda radionun peyk yayımlarına müdaxiləni beynəlxalq telekommunikasiya qaydalarına zidd adlandırmışdı.

İYUNUN 23-DƏ DƏ MÜDAXİLƏ OLUB

Son vaxtlar AzadlıqRadiosu-nun «Fəqrli xəbərlər» həftəlik televiziya proqramının yayımı görüntülərin dağılması, donub qalması və səsin pozulması ilə müşahidə olunur. Türkiyənin populyar TürkSat peykindəki MedyaTV telekanalında yayımlanan «Fərqli xəbərlər» efirə gedəndən 4-5 dəqiqə sonra başlayan müdaxilələr veriliş başa çatandan dərhal sonra dayandırılır. Aprelin 28-dən başlayan bu hadisə, verilişin sonrakı 3 həftə ərzindəki yayımlarında da qeydə alınıb.

AzadlıqRadiosunun «Fərqli xəbərlər» TV proqramına olan müdaxilələrdən qaçmaq üçün verilişin yayımlandığı peyk dəyişdirildi, əvvəl DengeTV, sonra isə Sivas SRT kanallarında efirə verildi. Lakin hər dəfə ABŞ-ın Beynəlxalq Yayım Bürosunun mühəndisləri veriliş yayımının pozulmasına yönələn elektron müdaxilələri qeydə alıb, sonuncu dəfə «Fərqli xəbərlər»in 16 iyun yayımına olan müdaxilə də sənədləşdirib.

İyunun 22 və 23-də də müdaxilə qeydə alınıb.

AzadlıqRadiosunun «Fərqli xəbərlər» həftəlik televiziya proqramı 2012-ci ilin noyabrından hər bazar günü MedyaTV kanalında yayımlanırdı. Hazırda bu proqram TürkSat peykində Sivas SRT telekanalında yayımını davam etdirir:

Freq: 11.555 Ghz
Pol: V
SR: 27.500 MS/s
FEC: 3/4


Proqram AzadlıqRadiosu əməkdaşlarının Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatı haqda reportajlarından ibarətdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG