Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:17
İyunun 24-də saat 14.00-dan Xaçmaz rayonu ərazisində maye qazın verilməsində məhdudiyyətlər var. Sakinlər qazın xəbərdarlıqsız kəsilməsindən narazıdırlar.

Xaçmaz Qaz İstismar Sahəsinin rəisi Pərviz Fətiyev AzadlıqRadiosuna bildirib ki, qazın kəsilməsi təmir işləri ilə əlaqədardır:

«Magistral yolda xətlərdə təmir işləri aparılır. Saat 2-də qazın verilişini dayandırdıq. Saat 5-də bərpa olunacaq. Yerli telekanalda da bu barədə xəbərdarlıq olunmuşdu».

Rəis bildirib ki, təmir işi iyunun 25-də də davam edəcək:

«Saat 10-dan 17-dək qaz olmayacaq. Bu gündən yerli televiziyada xəbərdarlıq da gedir. Sonrakı vaxtlarda isə qazın verilişi küçə-küçə dayandırılacaq. Çünki xətlər dəyişdirilir, təmir olunur».
XS
SM
MD
LG