Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:09

Əfqanıstan hökuməti Talibanla danışqlara razıdır


Əfqanıstan hökuməti bildirir ki, Talibanla danışıqlara hazırdır. Ancaq Talibanın Qətərdə açdığı ofislə bağlı sualları var.

Taliban Qətərdə keçən həftə öz ofisini açdı, bayrağı və ölkənin adı isə Talibanın Əfqanıstanı idarə etdiyi illərdəki kimidir. Bu da Əfqanıstan hökumətini qəzəbləndirib.

Kabil bildirir ki, Talibanla danışıqlara nümayəndə heyəti göndəriləcək. Ancaq Taliban əmin etməlidir ki, onun diplomatik canlanma iddiaları yoxdur.
Taliban cavab verib ki, ofisi açanda bayrağı və ölkənin adını Qətərlə razılaşdırıb.

Ancaq Associated Pressin xəbərinə görə, ofisdə hazırda bayraq yoxdur.
XS
SM
MD
LG