Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:17
-
İyunun 25-də Akademik Milli Dram Teatrında Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının ikinci toplantısı keçiriləcək.

Xəbəri AzadlıqRadiosuna Milli Dram Teatrının mətbuat xidməti verib.

Toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Saxa Yakutiya, Tatarıstan, Tuva teatrlarının direktorları, bədii rəhbərləri və baş rejissorları iştirak edəcək.

Türkdilli Dövlətlərin Teatr Rəhbərlərinin Şurası 2011-ci ilin mayında yaradılıb.

Şuranın sədri Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovdur.

Qurumun ikinci toplantısında qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.

Toplantıdan sonra media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG