Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:55
-

Ötən əsrin 80-ci illərin sonunda başlanmış Azərbaycan xalqının azadlıq hərəkatının liderlərindən biri, Xalq Cəbhəsi Partiyasının sədri, ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin 75 yaşı tamam olur.

O, 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan olub.

Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. Tarix elmləri namizədi alimlik dissertasiyasının müdafiə edib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb. BDU-da, Milli Elmlər Akademiyasında işləyib.

O, millətçilik ittihamı ilə 1975-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilib.

1988-ci ildə Azərbaycan xalq hərəkatı başlayanda Elçibəy onun öndərlərindən biri olub. O, silahdaşları ilə birgə Azərbaycan Xalq Cəbhəsini yaradır və ömrünün sonuna kimi bu təşkilatın sədri olub.

7 iyun 1992-ci ildə isə Azərbaycanın prezidenti seçilib. Keçmiş sovet respublikaları arasında birinci olaraq Rusiya ordusunun Azərbaycandan çıxarılması onun hakimiyyəti dövründə baş tutub. Həmçinin ali məktəblərə test üsulu ilə qəbulun keçirilməsi də onun adı ilə bağlıdır.

1993-cü ildə dövlət çevrilişindən sonra o, doğulduğu Kələki kəndinə getməli olub. 1997-ci ildə Bakıya qayıdan Elçibəy yenidən siyasi fəaliyyətə başlayıb.

Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə - 63 yaşında Ankarada vəfat edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG