Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:53

Edward Snowden Moskvaya çatıb


Edward Snowden
Edward Snowden
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusluqda ittiham olunan keçmiş əməkdaşı Edward Snowden Moskvaya çatıb.

Onun Moskvadan Kubaya, ordan isə Venesuelaya yollanacağı ehtimal olunur.Bu barədə İnterfax və digər Rusiya agentlikləri məlumat verir.

Çin mətbuatı bundan əvvəl onun Moskvadan Ekvador və ya İslandiyaya gedə biləcəyini yazmışdı.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Snowden bu yaxınlarda ABŞ-da gizli telefon və internet müşahidə proqramı olması barədə məlumat yayıb.Ona qarşı 3 ittiham irəli sürülüb ki, onların hər birinə görə, maksimum 10 il iş gəsilə bilər.
XS
SM
MD
LG