Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:14

Bakı Metropoliteni iki stansiya və “Elmlər Akademiyası”nın əlavə çıxışında 38 eskalator quraşdırmağı planlaşdırır.

Metropolitenin mətbuat xidmətindən “AzərTAc”a verilən məlumata görə, “Avtovağzal” stansiyasında 20, “Memar Əcəmi-2” stansiyasında 14, “Elmlər Akademiyası” stansiyasının hazırda inşa olunan ikinci çıxışında isə 4 eskalator quraşdırılması planlaşdırılır.

Bundan başqa ilk dəfə olaraq “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında 5 lift quraşdırılmasını nəzərdə tutulub.Bu, əsasən fiziki imkanları məhdud olan insanlar üçün nəzərtə tutulur.

“Avtovağzal” stansiyasında, həmçinin uzunluğu 40 və 60 metr olan 8 travolatorun quraşdırılması planlaşdırılır ki, bu da uzun tunellərdə hərəkətin rahatlığını təmin edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG