Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:02
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusluqda ittiham olunan keçmiş əməkdaşı Edward Snowdenin Honkonqdan Moskvaya yollanıb. Bu barədə Honkonqun “South China Morning Post” qəzeti yazır.Onun ölkədən çıxmasını Honkong hökumətinin mətbuat xidməti də təsdiqləyib.

Təyyarə Moskva vaxtı ilə saat 17:14-də yerə enməlidir.

Məlumatlara görə Snowden Moskvanın onun son dayanacağı olmayacağını deyib. Çin mətbuatı yazır ki, onun son dayanacağı Ekvador və ya İslandiya ola bilər.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Snowden bu yaxınlarda ABŞ-da gizli telefon və internet müşahidə proqramı olması barədə məlumat yayıb. O dövlət əmlakını oğurlamaq, icazəsiz milli müdafiə sahəsinə aid məlumat ötürmək və qəsdən kənar adamlara məxfi kəşfiyyat məlumatları yaymaqda ittiham olunur.

Bu 3 ittihamın hər birinə görə maksimum 10 il iş gəsilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG