Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:22

Bayılda 28 qarajı sökmək istəyirlər


Arxiv foto
Arxiv foto
-
İyunun 23-də, bazar günü Bakının Bayıl qəsəbəsi Xanlar küçəsi 1-də 28 qarajın sökülməsinə başlanıb. Qaraj sahibləri buna etiraz edərək söküntüyə mane olublar. Bu haqda AzadlıqRadiosuna Bayıl sakini Elməddin Muradlı məlumat verib:
«Gecəylə qarajları hasara alıblar, traktor salıblar ki, sökürük buranı. Camaatın maşınları da qarajdadır. Başlayıblar sökməyə. Nə icra hakimiyyəti var, nə MİS. Bir nəfər Dövlət Dəniz Administrasiyasının nümayəndəsidir. O da deyir ki, bura bizim əraziyə aiddir, administrasiya binasını böyüdürük, ona görə də qarajları sökürük. Camaat da çaş-baş qalıb. Bizə bir qərar göstərilmir».
Elməddin Muradlının dediyinə görə, bu qarajlar uzun illərdir əsasən İkinci Dünya Müharibəsi iştirakçılarına aiddir.
İstirahət günü olduğundan rəsmi qurumlardan baş verənlərə münasibət öyrənə bilmədik.

Hazırda söküntü dayandırılıb.

Amma texnika və fəhlələr hələ də ordadırlar. Qaraj sahibləri də ərazini tərk etməyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG