Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15
-
İyunun 23-də axşam saatlarında Taksim Meydanında bir grup Gəzi Parkı ilə bağlı etirazlarda ölənləri anaraq qırmızı qərənfillər qoyublar.
Qrup üzvləri Mehmet Ayvalıtaş, Ethem Sarısülük ve Abdullah Cömertin ölümlərində cavabdeh olanların cəzalandırılmalarını tələb ediblər. Mətbuata açıqlama verən etirazçılar daha sonra “duran adam” –passiv aksiyasına qərar veriblər.
Türkiyə mətbuatı yazır ki, güc qurumları qrupun meydanda təxminən bir saat qalmasına imkan verib. Daha sonra onları dağılmağa çağırıb və bunun üçün 20 dəqiqə vaxt verib.
Amma etirazçılar meydanı tərk etmək istəməyiblər. Bu halda güc strukturlarının əməkdaşları Taksim Meydanına doğru yürüş ediblər. Bu zaman etirazçılardan polisə qərənfil atanlar olub.
Polis aksiya iştirakçılarını su şırnaqları ilə dağıtmağa başlayıb. Ara küçələrdə toplanaraq barrikada quranlara qarşı polis bibər qazından istifadə edib.
Az sonra Taksim Meydanı boşalıb.
Paytaxt Ankaradada etirazlar olub. Burda da polis aksiyaçıları dağıtmaq üçün su şırnaqlarından və bibər qazından istifadə edib.
Türkiyədə hökumət əleyhinə etirazlar mayın 31-dən başlayıb. Polisin Gəzi Parkının sökülməsinə etirazlara qatılan bir qrup şəxsə qarşı şiddətə əl atmasını görən insanlar küçələrə axışıb.
Etirazlara polis bibər qazı və təzyiqli su ilə müdaxilə edib. Yaralı və saxlananların sayı yüzlərcədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG